Azərbaycana bəzi ölkələrdən məhsul idxalına müvəqqəti məhdudiyyət qoyulub

Xəbərlər

15.04.2025 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə AYNA.AZ-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd olunub ki, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün həmin ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş