Azərbaycan “Yaşıl Kart” sisteminə tam üzv olub

Xəbərlər

07.06.2022 - 16:18

Həkimlər Klinikalar SEO Xidməti

Bürolar Şurasına üzvlüyün ilk 10 illik müddəti keçici hüquqlu olmaqla tənzimlənir

İcbari Sığorta Bürosu (İSB) 10 illik sınaq müddəti bitmədən 5 il ərzində Bürolar Şurasının tam hüquqlu üzvü seçilib.

İSB-dən AYNA-ya bildirilib ki, İcbari Sığorta Bürosu “Milli Yaşıl Kart” Bürosunun funksiyalarını həyata keçirir. Büro “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Bürolar Şurasına üzvlüyün ilk 10 illik müddəti keçici hüquqlu olmaqla tənzimlənir. Büronun fəaliyyətinin dəyərləndirilməsi nəticəsində keçici üzvlük statusu ləğv edilib və İcbari Sığorta Bürosu Bürolar Şurasının həqiqi üzvü seçilib. Bu barədə qərar Serbiyanın Belqrad şəhərində 2022-ci il iyunun 2-3-də keçirilmiş Bürolar Şurasının 56-cı Assambleyasında qəbul edilib.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov tədbirdə çıxış edərək, 48 ölkə təmsilçilərinə qərarı dəstəklədikləri üçün təşəkkür edib, Türkiyə “Yaşıl Kart” Bürosu ilə birlikdə həyata keçirilən inteqrasiya barədə təqdimatı iştirakçıların diqqətinə çatdırıb. Ölkəmizin regionda beynəlxalq logistika mərkəzinə çevrildiyi bir dövrdə belə bir nəticənin əldə olunması xüsusi önəm daşıyır.

İcbari Sığorta Bürosu bu uğura imza atmaqla, keçici üzv olan bürolardan tələb olunan təminatın 5 milyon manatının ölkəmizə geri qaytarılmasına nail olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş