Hakan Fidan BMT Baş Assambleyasının iclası çərçivəsində Ceyhun Bayramov ilə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.
AYNA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Qarabağda baş verən son hadisələr, Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri müzakirə olunub.