Azərbaycan və Türkiyənin Quru Qoşunları komandanları Ankarada görüşüb

Xəbərlər

24.01.2025 - 16:47

Həkimlər Klinikalar SEO Xidməti

Tərəflər qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar

Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə tərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən və bunun mümkün inkişaf perspektivlərindən danışılıb.

Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş