Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Xəbərlər

23.05.2022 - 14:37

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar

22 may 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiye Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsindən AYNA-ya verilən xəbərə görə, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı məsələlər müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş