Azərbaycan səfiri Tükiyənin vitse-prezidenti ilə görüşüb

Siyasət

07.05.2022 - 00:15

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Tükiyənin vitse-prezidenti Fuat Oktayla görüşüb. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi "Twitter" hesabında bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi, kommersiya, texnologiya və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edilib.

Bununla yanaşı, Şuşa Bəyannaməsindən sonra ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdığı qeyd olunub.

Həmçinin, Azərbaycan-Türkiyə Birgə İqtisadi Komissiyasının fəaliyyəti və həyata keçirilməsi üçün nəzərdə tutulan işlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az