Biletlərin qiyməti 2, 5 və 10 manat təşkil edir
Futbol üzrə Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Qazaxıstanla matçının biletləri satışa çıxarılıb.
AYNA xəbər verir ki, sentyabrın 25-də “Dalğa Arena”da oynanılacaq görüşə biletlərin qiyməti 2, 5 və 10 manat təşkil edir. Onları iticket.az saytından əldə etmək mümkündür.
Azarkeşlər bir şəxsiyyət vəsiqəsi ilə 1 bilet ala bilərlər.
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.