Azərbaycan Prezidentindən erməni revanşistlərə XƏBƏRDARLIQ

Aktual

22.04.2022 - 13:51

“Revanşist qüvvələr bilməlidir iki, bu, Ermənistan üçün bəlkə də son şansdır”

“Ermənistanda hərdən bir baş qaldıran revanşist qüvvələr bilməlidirlər iki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır”.

AYNA xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında bəyan edib.

Dövlət başçısı bildirib ki, əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik: “İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq, Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Müəllif: Ayna.az