Azərbaycan Ordusunun əsgəri həlak olub

Hadisə

04.03.2022 - 10:47

Həkimlər Klinikalar SEO Xidməti

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb

Azərbaycan Ordusunun əsgəri avtomobil qəzasında həlak olub. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş