“Azeri Light”ın bir barreli 29,47 dollar təşkil edib
Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar artaraq 29,76 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,12 dollar bahalaşaraq 24,09 dollar təşkil edib.
Bunun əksinə olaraq, Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar ucuzlaşaraq 29,47 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.