Azərbaycan neftinin qiyməti bahalaşıb

İqtisadiyyat

28.04.2022 - 11:23

“Azeri Light” 107 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,99 dollar azalaraq 103,33 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,75 dollar ucuzlaşaraq 100,27 dollar olub.

Azərbaycan neftinin isə qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,62 dollar artaraq 107,34 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

 

Müəllif: Ayna.az