Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

İqtisadiyyat

13.04.2024 - 11:32

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,77 ABŞ dolları, yaxud 1,9 % artaraq 94,73 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 90,45 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az