Dünya birjalarında neft qiymətləri dəyişib
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,68 azalaraq 89,28 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,70 dollar ucuzlaşaraq 86,65 dollar olub.
Azərbaycan neftinin qiyməti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,68 dollar artaraq 93,84 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 3-də 93 dollardan baha (93,41) satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 21-də (92,89) qeydə alınmışdı.