Neftin qiymətində ucuzlaşma qeydə alınıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,40 ABŞ dolları, yaxud 2,75 % azalaraq 85,02 ABŞ dolları təşkil edib.
AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 79,54 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.