“Azeri Light”ın bir bareli 100,56 dollara satılır
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,03 dollar artaraq 100,56 dollar olub.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.