Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

04.05.2023 - 11:31

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light” markalı neftin qiyməti 75,1 dollara enib

Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,79 dollar artaraq 73,12 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,59 dollar bahalaşaraq 69,19 dollar təşkil edib.

Azərbaycan nefti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,94 dollar azalaraq 75,1 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş