Neftin qiymətində artım olub
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,21 ABŞ dolları, yaxud 0,2 % artaraq 91,40 ABŞ dolları təşkil edib.
AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçersləri 86,81 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.