Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

21.07.2022 - 11:36

Həkimlər Klinikalar SEO Xidməti

Dünya bazarında neft qiymətləri ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,87 dollar azalaraq 106,05 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,96 dollar ucuzlaşaraq 102,26 dollar olub.

Azərbaycan neftinin isə qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,32 dollar artaraq 120,53 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş