Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

24.08.2019 - 06:25

Həkimlər Klinikalar SEO Xidməti

Göstəricilər əvvəlkindən azdır

 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 22-də 63,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,94 dollar/barel azdır.

 

AYNA xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,6 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,04 dollar/barel azdır.

Müəllif: Ayna.az