Azərbaycan nefti 96 dollardan baha satılır

İqtisadiyyat

06.09.2023 - 10:43

Həkimlər Klinikalar SEO Xidməti

Dünya birjalarında neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,09 dollar artaraq 90,13 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,09 dollar bahalaşaraq 86,78 dollar təşkil edib.

Dünya bazarında Azərbaycan nefti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,79 dollar artaraq 96,42 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş