“Məmurlar ekzotika xatirinə kəndlilərin torpaqlarını əllərindən alırlar”

İqtisadiyyat

27.02.2020 - 21:04

Vahid Məhərrəmov: “Azərbaycanda ekzotik sahələrlə məşğul olmaq heç bir nəticə verməyəcək”

 

Yerli fermerlərin əksəriyyəti əhali tərəfindən daha çox istifadə olunan bitki və heyvanlar yetişdirirlər. Ancaq yeni istiqamətlər axtaran və bizim üçün ekzotik növlərin yetişdirilməsində özlərini sınamağa çalışanlar da var.

 

Belə ki, bir neçə il əvvəl Salyan rayonunda yeyilə bilən qurbağaların yetişdirilməsi üçün bir ferma ortaya çıxmışdı. Bölgələrin birində ixrac üçün ilbiz yığma biznesi fəaliyyətə başlamışdı.

 

Quşçuluq təsərrüfatının ekzotik növlərindən biri də dəvəquşuların yetişdirilməsidir. Bu yaxınlarda Şamaxıda ilk alpaqa (Cənubi Amerikada lama fəsiləsindən ev heyvanı – red) ferması peyda oldu. Paltar və yun şalları bu heyvanların yunundan hazırlamaq olar, ancaq təsərrüfat sahibləri turistlərin istəyinə daha çox maraq göstərirlər.

 

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov AYNA-ya deyib ki, hər şeyi bazarın tələbatı müəyyənləşdirir: “Respublikada ehtiyac duyulan, lakin yetərli olmayan məhsullar populyar olacaq. Ekzotikaya gəldikdə isə, bunun üçün müştəri tələbatının olub-olmadığını anlamaq lazımdır. Bir tərəfdə söhbət dövlət satınalmalarından gedirsə, digər tərəfdə məhsulun harada satılacağını özümüzün axtarmağımız lazım gəlir. Sahibkar üçün başlıca sual budur: Açıq biznes gəlirli olacaqmı?”

Elya Belskaya