Azərbaycan nefti 122 dollardan baha satılır

İqtisadiyyat

26.05.2022 - 11:16

Dünya birjalarında neft qiymətləri bahalaşıb

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,34 dollar artaraq 114,37 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,40 dollar bahalaşaraq 110,73 dollar olub.

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,13 dollar azalaraq 122,81 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az