Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb

İqtisadiyyat

13.02.2024 - 18:02

Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olub

Cari ilin yanvar ayında ölkədə 9131,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz çox ümumi daxili məhsul istehsal olunub. AYNA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 12,3 faiz artıb.

ÜDM istehsalının 41,9 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olub.

Müəllif: Ayna.az