YENİ TREND"/>

Azərbaycan insanı öz məhsulumuzu Amerika "dükanından" alır - <font color=red> YENİ TREND</font>

Cəmiyyət

02.10.2019 - 10:06

Bu gün insanların əksəriyyəti dünyada, eləcə də ölkədə baş verən hadisələrdən sosial şəbəkələr vasitəsilə agah olur

 

Artıq qəzet, daha dəqiq desək, kağız mətbuatı tarixə qovuşur. Elektron və sosial media çap mediasını sıxışdıraraq aradan çıxarır. Bu gün insanların əksəriyyəti dünyada, eləcə də ölkədə baş verən hadisələrdən, sosial, siyasi, iqtisadi və s. yeniliklərdən saytlar, sosial şəbəkələr vasitəsilə agah olur. 

 

Elektron KİV-lər reytinqdə nəinki çap mediasını, hətta televiziya kanallarını da keçməyi bacarır. Bu da onlar arasında rəqabəti gücləndirir. Saytlar arasında rəqabət isə keyfiyyətə görə deyil, IP (aypi-ünvan, ingilis dilindəki Internet Protocol Address sözlərinin qısaltmasıdır) səviyyəsinə, yəni oxucu sayına görə gedir. Buna görə də sayt rəhbərləri daha çox oxucu kütləsi cəlb etmək üçün müxtəlif üsullara əl atırlar, yeni metodlar axtarışına çıxırlar.

Картинки по запросу qəzetlər

Nə qədər axtarışlar, cəhdlər olsa da, təəssüf ki, hələ də saytların çap mediasında olduğu kimi xüsusi oxucu kütləsi formalaşmayıb. Yəni bu gün Azərbaycanda elə bir sayt təsəvvür etmək mümkün deyil ki, minlərlə oxucusu olsun və səhər açılan kimi həmin oxucular ancaq həmin saytı açıb, yazılanları oxusunlar. İnsanlar daha çox istifadə etdikləri sosial şəbəkələrin lentini izləyirlər ki, ölkədə və dünyada nə baş verdiyindən agah olsunlar.

 

Maraqlıdır, bu gün saytlar oxucu kütləsini daha çox haradan əldə edir? Oxucunu sosial şəbəkələr (“Facebook”, “Instagram” və s.) gətirir, yoxsa özəl yazılar və ya reklam banerləri? Bu suallarımıza sayt rəhbərləri, həmçinin İnformasiya Texnologiyaları (İT) üzrə mütəxəssis Vahid Qasımovla AYNA tutmağa çalışdıq.

 

Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə əsas oxucu kütləsini sosial şəbəkələrdə, sosial səhifələrdə aktivlik göstərməklə əldə etdiklərini diqqətə çatdırıb:  “Ölkənin ən çox oxunan saytı olmaq üçün müxtəlif platformalarda çalışmaq məcburiyyətindəyik. Bizim məxsusi olaraq sayta girən oxucularımız da var, ancaq bunlar çox deyil, təxminən, 30 faiz təşkil edir. Əsas oxucu kütləsini sosial şəbəkələr üzərindən əldə edirik. Ölkənin ən məşhur səhifələrindən biri - “Xəbərlər” bizdədir, səhifəmizin 400 minə yaxın izləyicisi var, çox aktiv səhifədir. Özəl yazılarımızın bir çoxu həmin səhifədə paylaşılır, ona görə də gündəlik baxış sayı 120-150 min arasında olur. Elə gün olur ki, 60-70, ən az 45-50 min IP-miz olur”.

Картинки по запросу Zülfüqar Hüseynzadə

“Maddi durumumuz yetərli olmadığına görə reklamlardan çox az istifadə edirik, gün ərzində cəmi 2-3 yazını 3-5 dollarlıq reklama qoyuruq. Daha çoxuna gücümüz çatmır, əgər maddi baxımdan imkanımız yaxşı olsa, gün ərzində orta hesabla sayta 50 dollarlıq reklam qoya bilsək, gündəlik 70-80 min IP-miz, 200 minə qədər baxış sayımız olar. 10 milyon əhalisi olan Azərbaycan üçün bu, ən yüksək rəqəmlərdən biridir”, - deyə Z.Hüseynzadə qeyd edib.

 

Sayt rəhbəri onu da əlavə edib ki, bu gün saytlar oxucu cəlb etmək üçün müxtəlif üsullardan istifadə edirlər: "Canlı bağlantılar edirlər, internet televiziyaları kimi müxtəlif funksiyaları həyata keçirirlər. Düşünürəm ki, bu, bir o qədər də effekt vermir. Oxucunun saytı sevməsi üçün saytın etibarlı, doğrudan da müstəqil olması, xəbər istehsalında önəmli yer tutması önəmlidir. Bu baxımdan, ölkənin müstəqil media qurumu olaraq, Qarabağ məsələsində, digər məsələlərdə mövcud dairələr çərçivəsində, imkanların imkan verdiyi dərəcədə bəzən radikal mövzularda da yazılar hazırlayırıq. Oxucu kütləsi yığmaq üçün ilk növbədə oxucuya qarşı çox səmimi olmaq, cəmiyyətin müxtəlif təbəqələrinin bu və ya digər sosial-mənəvi ehtiyaclarını qabartmaq lazımdır. Buna görə də oxucu kütləsi qazanmışıq”.  

 

“Oxucuların qeyri-ciddi yazılara daha çox maraq göstərməsi bizi narahat edir. Ancaq reklam bazarının olmadığı şəraitdə sayt rəhbərləri istəməsə belə, bu cür yazılarla IP yığmaq məcburiyyətindədirlər. Düşünürəm ki, maliyyələşmə məsələsi həllini taparsa, reklam bazarı formalaşarsa, saytlarda milli-mənəvi dəyərlərə uyğun gəlməyən materialların sayı da azalar”, - deyə müsahibimiz söyləyib.

Картинки по запросу Aynur Camalqızı

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı isə, rəhbərlik etdiyi saytlara birbaşa girişin daha çox olduğunu deyib: “Birbaşa saytın özünə giriş sosial şəbəkələrdən girişdən daha üstündür. Saytlarımızın hər birinin öz oxucu kütləsi var. Məsələn, axar.az-da daha çox siyasi materiallar, dünyada və ölkədə baş verən siyasi yönümlü xəbərlər oxunur. Publika.az portal olduğuna görə, şou yönümlü materiallar, maraqlı müsahibələr, araşdırmalar oxunur.  “Teleqraf” isə daha çox internet qəzet kimi fəaliyyət göstərir deyə, ölkədə və dünyada baş verən hadisələrə əsas üstünlük verilir”.

 

İT mütəxəssisi Vahid Qasımov isə bildirib ki, əvvəllər informasiya saytlarının bir imici, hərəsinin öz oxucu kütləsi var idisə, indi vəziyyət dəyişib: “Sosial şəbəkələrin yayılması hazırda milli saytlara girən ziyarətçilərin sayını dəyişib. İnternet istifadəçilərinin böyük əksəriyyəti sosial şəbəkələrdən istifadə edir, amma yerli saytlara daxil olmur. Hazırda informasiya resursları öz reklamlarını daha çox sosial şəbəkələrdə edir".

 

"Hazırda saytlara böyük oxucu kütləsi sosial şəbəkələrdən gəlir. Oxucular xəbərin başlığını və şəklini əvvəlcə “Facebook”da görürlər, həmin xəbər onları maraqlandırırsa, oxumaq üçün sayta girirlər. Əvvəl bir sayta daxil olan oxucu, ortalama, 6-7 xəbər oxuyurdusa, indi 1, maksimum 2 xəbər oxuyub çıxır. İstifadəçilərin böyük əksəriyyəti saytlara axtarış motorlarından, əsasən də sosial şəbəkələrdən girirlər”, - ekspert vurğulayıb.

Картинки по запросу İT mütəxəssisi Vahid Qasımov

V.Qasımovun sözlərinə görə, vəziyyət tək Azərbaycanda belə deyil, ümumiyyətlə dünyada trend belədir: “Ölkəmizin digərlərindən fərqi ondadır ki, başqa ölkələrdə hər zaman oxucusu olan köklü informasiya resursları mövcuddur. Bizdə isə internetdə digər gəlir mənbələri rəsmi olaraq limitləndirildiyinə, ancaq informasiya resursları böyük auditoriyada reklamlardan pul qazana bildiyinə görə, jurnalistikaya aidiyyəti olmayan çox sayda insanlar belə, informasiya resursları yaratmağa başladılar. Hazırda bizdə 100-dən çox informasiya resursu var ki, çoxunun informasiya mənbəyi kimi heç bir dəyəri yoxdur. Sadəcə başqa saytlardan informasiyaları oğurlayaraq özlərinə saxta auditoriya yaradırlar. Bununla da reklam götürə, pul qazana bilirlər".

 

"Başqa ölkələrdə isə, məsələn, Türkiyədə, Rusiyada köklü internet çıxışları var ki, informasiya emal edir və öz auditoriyaları var. Onlarda “Facebook” bizdəki qədər məşhur deyil, ona görə də rəqəmlər daha fərqli ola bilər”, - deyə həmsöhəbimiz qeyd edib.

 

İT mütəxəssisi, ““Facebook” və ya “Instagram” çöksə, milli saytlarımızın oxucu kütləsi düşər, yoxsa əksinə, birbaşa saytlara giriş artar?” sualımıza da aydınlıq gətirib: “Böyük ehtimalla, ikinci versiya daha labüddür. Hərçənd ki, “Facebook” və ya “Instagram”ın günlərlə çökmə ehtimalı yoxdur. Çünki onlar dünyaca böyük şirkətlərdir, buna imkan verməzlər. Fors-major hadisələrlə əlaqədar bir neçə saatlıq dayanma ola bilir, ancaq bu, bütün ölkələrə təsir göstərmir. ““Facebook” və ya “Instagram”ın çökmə ehtimalı “Google”un, “Youtube”un çökməsi kimi çox azdır. Ona görə də kəskin dəyişikliklər baş verəcəyinə inanmıram”.

Müəllif: Rumiyyə Miraslan