Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq

İdman

15.02.2022 - 22:56

Həkimlər Klinikalar SEO Xidməti

İdmançının çıxışı martın 9-da baş tutacaq

Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Milli Paralimpiya Komitəsindən AYNA-ya verilən məlumata görə, qış idman növləri üzrə yığmanın üzvü Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.

O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş