Aquero “Barselona” ilə müqavilə imzalayıb

İdman

22.05.2021 - 07:25

Həkimlər Klinikalar SEO Xidməti

Aquero bu mövsüm Premyer Liqada 11 matçda meydana çıxıb

 

Bu mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq Serxio Aquero "Barselona" ilə müqavilə imzalayıb.

 

AYNA xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano özünün "Twitter" səhifəsində yazıb. O, 32 yaşlı hücumçunun 2 illik müqaviləyə qol çəkdiyini bildirib.

 

Kataloniya təmsilçisinin transferi yaxın günlərdə açıqlayacağı gözlənilir.

 

Qeyd edək ki, Aquero bu mövsüm Premyer Liqada 11 matçda meydana çıxıb, 2 qol vurub, 1 qolun ötürməsini verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş