Azərbaycan hərbi dənizçiləri futbol yarışının qalibi olublar

Xəbərlər

21.08.2022 - 23:49

Həkimlər Klinikalar SEO Xidməti

Yarışda fərqlənən komandalara kubok, medal və fəxri fərmanlar təqdim edilib

Ölkəmizdə təşkil olunan "Dəniz kuboku-2022" beynəlxalq müsabiqəsinin proqramına əsasən iştirakçı komandalar arasında futbol yarışı keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, yarışın birinci mərhələsində İran hərbi dənizçiləri Rusiya komandasına qalib gəliblər. Növbəti oyun Azərbaycanla Qazaxıstan komandaları arasında baş tutub və hərbçilərimiz rəqibindən üstün olmağı bacarıblar.

Rusiya və Qazaxıstan komandaları arasında üçüncü yer uğrunda mübarizədə oyun sonuncuların üstünlüyü ilə başa çatıb.

Final oyunu Azərbaycan və İran hərbi gəmi ekipajları arasında keçirilib. Azərbaycan hərbi dənizçilərinin komandası gərgin keçən qarşılaşmada qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Beləliklə futbol üzrə yarışın nəticələrinə əsasən Azərbaycan hərbi dənizçilərinin komandası birinci, İran ikinci, Qazaxıstan isə üçüncü olub.

Sonda yarışda fərqlənən komandalara kubok, medal və fəxri fərmanlar təqdim edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş