Azərbaycan erməni hərbçini qarşı tərəfə təhvil verib

Xəbərlər

26.05.2022 - 14:56

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb

2022-ci il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov qarşı tərəfə təhvil verilib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, erməni əsgərin Ermənistan tərəfinə qaytarılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında mayın 22-də Brüsseldə baş tutan görüşün nəticəsi olaraq baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş