Azərbaycan Avropaya 3,5 milyard kubmetr qaz satıb

İqtisadiyyat

12.05.2022 - 18:17

cedabet dərman SEO Xidməti

Energetika Nazirliyi məlumat yayıb

Hesabat dövründə xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur.

Energetika Nazirliyindən AYNA-ya bildirilib ki, cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. 

Bu dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəməri sisteminə 36 milyon kubmetr qaz verilib.

Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2 milyard kubmetrə yaxın qaz nəql olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş