AZAL-ın Bakı-İstanbul-Bakı reysi ləğv edilib

Xəbərlər

24.01.2022 - 21:32

Həkimlər Klinikalar SEO Xidməti

Qarlı hava uçuşlarla bağlı problem yaradıb

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-İstanbul-Bakı (J2 077/078) axşam reysi İstanbulda yağan güclü qar səbəbindən ləğv edilib.

Bu barədə AYNA-ya aviaşirkətdən bildirilib.

Məlumatda vurğulanıb ki, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin (J2 075/076) sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər. 

Qeyd edək ki, qarın yağması səbəbindən İstanbul hava limanı istiqamətində nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş