Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Xəbərlər

28.02.2022 - 12:54

Həkimlər Klinikalar SEO Xidməti

94,8 hektar ərazi mina və PHS-lardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə ötən həftə (21.02.2022 - 26.02.2022) icra olunan əməliyyatlar açıqlanıb.

ANAMA-dan AYNA-ya verilən xəbərə görə, ötən həftə Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 33 piyada əleyhinə mina, 24 tank əleyhinə mina və 266 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 94,8 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş