Azad ərazilərin daha 528 hektarı minalardan təmizlənib

Xəbərlər

28.08.2023 - 15:54

cedabet dərman SEO Xidməti

ANAMA əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.08.2023 - 27.08.2023) açıqlanıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, 21-27 avqust tarixlərində Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 256, tank əleyhinə 92 mina və 71 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 528,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş