Azad ərazilərdə 51 mina zərərsizləşdirilib

Xəbərlər

22.04.2024 - 17:18

1429,1 hektar ərazi minalardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Qeyd olunub ki, azad olunan ərazilərdə 15-21 aprel 2024-cü il tarixi ərzində 39 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 452 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1429,1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Müəllif: Ayna.az