Azad edilmiş ərazilərdə modul xəstəxanalar quraşdırılacaq

Xəbərlər

02.05.2022 - 13:58

Həkimlər Klinikalar SEO Xidməti

“İlk modul tipli xəstəxananı Ağdamda quraşdırmağa nail olacağıq”

“Artıq Şuşada çox böyük yenidənqurma işləri aparılır. Hazırda orda çox sayda mülki vətəndaşlar quruculuq işlərinə cəlb edilib. Orada da tibbi xidmətlərin verilməsi zərurəti yaranmışdı”. AYNA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edən qurumun sədri Zaur Əliyev deyib.

Z.Əliyev qeyd edib ki, 2021-ci ilin oktyabrında ilk modul tipli xəstəxana Şuşada quraşdırılıb: “Orada 1256-dan çox xəstə müraciət edib. 138 COVİD testi verilib, 6 kiçik əməliyyat həyata keçirilib. Bu xəstəxanada demək olar bütün xidmətlər var”.

“Əlavə olaraq biz 6 ərazidə modul tipli xəstəxanaların quraşdırılması istiqamətinfə işlər görürük. Bunlar Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda planlaşdırılır. İlk modul tipli xəstəxananı Ağdamda quraşdırmağa nail olacağıq”, - deyə Əliyev vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş