Azad edilmiş ərazilərdə daha 98 mina aşkarlanıb

Xəbərlər

09.10.2023 - 15:24

cedabet dərman SEO Xidməti

ANAMA əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (02.10.2023 - 08.10.2023) açıqlanıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 31 piyada əleyhinə mina, 67 tank əleyhinə mina, 1267 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 426,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş