Azad edilən ərazilərdə daha 369 hektar ərazi minalardan təmizlənib

Xəbərlər

26.12.2022 - 12:58

cedabet dərman SEO Xidməti

ANAMA həftəlik məlumatı açıqlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, dekabrın 19-dan 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 8 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 233 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 369 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş