Bakı polisi AXCP üzvünün saxlanılması iddiasını təkzib edib
“AXCP Yevlax rayonun təşkilatının üzvü Hüseynzadə Nəsib Yusif oğlunun tərəfimizdən saxlanması və 9-cu polis bölməsinə aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”.
Bu barədə AYNA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xdimətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur: “Heç bir dəqiqləşdirmə aparmadan yayılıb, iddialar dezinformasiyadır”.