O, saxlanılan zaman üzərindən narkotik vasitə olan heroin də aşkar edilib
Binəqədi, Qaradağ və Yasamal rayonlarında 7 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin salonundan oğurluqlar edən şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən Xocəsən və Sulutəpə qəsəbələri ərazisində oğurluqlar edən Salyan rayon sakini Tərlan Abdullayev tutulub.
Ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonunda 5, Qaradağ və Yasamal rayonlarında isə əlavə 2 avtomobildən pul, telefon, maqnitofon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib. T.Abdullayev saxlanılan zaman üzərindən narkotik vasitə olan heroin də aşkar edilib.
Saxlanılan şəxs barəsində 40-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. T.Abdullayevin digər cinayətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.