Peskovun mətbuat katibi Putinin Avstriya kansleri ilə danışıqlarını təsdiqləyib
Bu gün Rusiya Prezidenti Vladimir Putinlə Avstriya kansleri Karl Nehammer Moskvada danışıqlar aparacaq. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, məlumatı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
"Bəli. Biz təsdiq edirik”, – Peskov jurnalistlərə bildirib.
Nehammerin Moskvaya səfəri haqqında ilk yazan “Kronen Zeitung” qəzeti olub. Nəşrin yazdığına görə, Avstriya kansleri “körpülər qurmaq” istəyir və “sülhə yaxınlaşmaq üçün əlindən gələni etməyi” planlaşdırır.
Xəbər Nehammerin ofisi tərəfindən təsdiqlənib. Kansler Rusiya lideri ilə Ukraynadakı vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirib. Eyni zamanda o, Avstriyanın hərbi baxımdan neytral qaldığını vurğulayıb.
Qeyd edək ki, aprelin 9-da Avstriya kansleri Ukraynaya səfər edib və Kiyevdə Prezident Volodimir Zelenski ilə danışıqlar aparıb.