Bloomberg: Aİ-nin yeni sanksiyaları malların Rusiya ərazisindən tranzitinə qadağa qoyulmasını nəzərdə tutur
Avropa İttifaqının hazırlamaqda olduğu yeni, 11-ci anti-Rusiya sanksiyalar paketinə bəzi malların Rusiya Federasiyası ərazisindən tranzitinə qadağa da daxil ola bilər. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, qadağa ilk növbədə yüksək texnologiyalı mallara və müəyyən növ nəqliyyat vasitələrinə şamil olunacaq.
Avropa İttifaqı güman edir ki, Rusiya Ukrayna münaqişəsində bu mövqelərdən istifadə edə bilər.
Ümumilikdə Avropa İttifaqı paketə 30-a yaxın yeni sanksiyanın daxil edilməsini təklif edəcək. Həmçinin Rusiyanın bir sıra şirkət və təşkilatlarına məhdudiyyətlər tətbiq edəcəyi gözlənilir. Lakin çox güman ki, “Rosatom” sanksiya altına düşməyəcək.