“Avropada son 2 həftədə meymunçiçəyi halları üç dəfə artıb”

Dünya

07.07.2022 - 05:40

Həkimlər Klinikalar SEO Xidməti

ÜST-ün baş direktoru meymunçiçəyinə yoluxma hallarının artdığını deyib

“Dünyada 6 mindən çox meymunçiçəyi xəstəliyinə yoluxma halı var”.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus açıqlamasında deyib.

Bu günə qədər 58 ölkədən 6000-dən çox yoluxmanı təsdiqlədiklərini deyən Qebreyesus, “Hələ də testlərlə işlərin müəyyən edilməsində çətinliklər var və çox güman ki, əhəmiyyətli sayda hal rəsmi olaraq qeydə alınmayıb” bildirib.

O, Avropanın meymunçiçəyi epidemiyasının mərkəzi olmağa davam etdiyini vurğulayıb:

“Ümumi halların 80 faizi Avropa ölkələrində görülür”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş