Təşəbbüsün bu gün keçiriləcək iclasında nəzərdən keçirilməsi təklif olunub
Avropa Parlamentinin “Volt Europa” partiyasından olan deputatları Avropa İttifaqı (Aİ) sammiti ərəfəsində Macarıstanın səsvermə hüququndan məhrum edilməsini təklif ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşr partiyanın hazırladığı və ortaq Avropa ordusunun yaradılmasını da nəzərdə tutan doqquz bəndlik plana istinad edirək yazıb ki, təşəbbüsün bu gün - martın 6-da keçiriləcək iclasda nəzərdən keçirilməsi təklif olunub.
“Volt Europe” həmçinin Avropa diplomatiyasının rəhbəri Kaja Kallası Aİ-nin "tam xarici işlər naziri" təyin edilməsini və müdafiə sahəsində səlahiyyətlərinin genişləndirilməsini təklif edib.
“Volt Europa” Avropanın birliyini müdafiə edir və qitənin maraqlarını ayrı-ayrı dövlətlərin mənafeyindən üstün tutmağı zəruri hesab edir. Avropa Parlamentinin yeni çağırışında partiya 5 mandat alıb, sonra isə “Yaşıllar” fraksiyasına daxil olub.