Avropa Parlamenti Rusiyanın Ukraynaya təcavüzünü qətiyyətlə pislədi

Dünya

01.03.2022 - 17:29

Həkimlər Klinikalar SEO Xidməti

Roberto Mezola: "Bu gün biz Putin müharibəsinin qaranlıq kölgəsindəyik"

"Avropa Parlamenti Rusiyanın Ukraynaya təcavüzünü qətiyyətlə pisləyir". AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri qurumun rəhbəri Roberto Mezola deyib. 

"Bu gün biz Putin müharibəsinin qaranlıq kölgəsindəyik. Bu, təhrik etmədiyimiz, başlatmadığımız müharibədir", - Mezola qeyd edib. 

Onun sözlərinə görə, hazırda Rusiya suveren, müstəqil dövlətə amansızcasına təcavüz edir: "Avropa Parlamenti adından mən Rusiyanın hərbi təcavüzünü pisləyirəm. Bu, Ukraynaya qarşı ən sərt təcavüzdür. Müharibədə yaralanan və ölən ukraynalılarla həmrəy olduğumuzu bildiririk”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş