Avropa Parlamenti Rusiya mediasına qarşı sanksiyaları genişləndirməyə çağırış edib

Dünya

24.01.2025 - 09:47

Həkimlər Klinikalar SEO Xidməti

Sənədi 480 deputat dəstəkləyib - 58 deputat əleyhinə səs verib, 48 deputat isə bitərəf qalıb

Avropa Parlamenti (AP) Avropa İttifaqına (Aİ) üzv dövlətləri dezinformasiyaya və Ukraynada hərbi əməliyyatlara dəstək verdiyinə görə Rusiya mediasına qarşı sanksiyaları genişləndirməyə çağıran qətnaməni səs çoxluğu ilə təsdiqləyib.

AYNA “Gazeta.Ru”ya istinadən xəbər verir ki, AP-nin Strasburqda keçirilən plenar iclasında sənədi 480 deputat dəstəkləyib. 58 deputat əleyhinə səs verib, 48 deputat isə bitərəf qalıb.

AP həmçinin “Meta”nın qurucusu Mark Zukerberqin sosial mediada faktların yoxlanılması və moderasiya qaydalarını yumşaltması və “bu, Rusiyanın bütün dünyada dezinformasiya kampaniyasını daha da asanlaşdıracaq” açıqlamasından narahatlığını ifadə edib.

AP üzvləri Avropa Komissiyasını “Meta” və “X” kimi sosial şəbəkələrin bəyanatlara cavab olaraq Rəqəmsal Xidmətlər Aktını ciddi şəkildə tətbiq etməyə çağırıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş