Avropa İttifaqı Ukraynaya hərbi yardımını davam etdirir

Dünya

13.04.2022 - 19:18

Həkimlər Klinikalar SEO Xidməti

Həmin tədbirlər 24 ay müddətinə hesablanıb

Avropa İttifaqı Şurası Ukrayna silahlı qüvvələri üçün yardımının 500 milyon avro həcmindəki üçüncü tranşını təsdiqləyib.

AYNA qurumun saytına istinadən xəbər verir ki, Avropa Sülh Təsisi (EPF) çərçivəsində görülən həmin tədbirlər Ukrayna ordusuna fərdi qoruma vasitələri, ilkin yardım ləvazimatı, yanacaq, habelə hərbi ləvazimat təchizatını dəstəkləmək üçün nəzərdə tutulub. Həmin tədbirlər 24 ay müddətinə hesablanıb.

Əvvəlki tranşlar 28 fevral və 23 mart tarixində qəbul olunmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş