Aİ Tramp administrasiyasına Krımı Rusiya kimi tanımağa hazır olmadığını çatdırıb
Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Tramp administrasiyasına Krımı Rusiya ərazisi kimi tanımaq istəmədiyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrindən biri avropalıların Trampı bu məsələdə razı salmağa çalışacaqlarını vurğulayaraq deyib ki, “artıq Tramp administrasiyasına Avropa paytaxtlarının Krımı Rusiya kimi tanımasının qeyri-mümkün olacağı bildirilib”.
Bundan əvvəl Tramp Krımın Rusiya ərazisi kimi tanınması perspektivi ilə bağlı suala cavab verməkdən yayınıb.
“Mən münaqişənin sona çatmasını istəyirəm: “Mən müqavilə bağlamaq və insanların həyatını xilas etmək istəyirəm”, deyə Amerika lideri qeyd edib.