İlk oyun Almaniya Şotlandiya milliləri arasında olacaq
Bu gün AVRO-2024-ə Almaniya - Şotlandiya görüşü ilə start veriləcək.
AYNA xəbər verir ki, Avropa çempionatının ilk günündə bir qarşılaşma keçiriləcək. Turnirin ev sahibi Almaniya seçməsi Şotlandiya ilə üz-üzə gələcək. Qarşılaşmanı FIFA referisi Klement Turpin idarə edəcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.
14 iyun
Almaniya – Şotlandiya
Saat 23:00
Stadion "Allianz Arena" (Bavariya)