“Aviasiya haqqında” yeni qanun layihəsi hazırlanıb

Xəbərlər

18.10.2023 - 12:19

Həkimlər Klinikalar SEO Xidməti

Qanun layihəsi 15 fəsil, 68 maddədən ibarətdir

“Aviasiya haqqında” yeni qanun layihəsi hazırlanıb. AYNA xəbər verir ki, layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi 15 fəsil, 68 maddədən ibarətdir.

Qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş