“Aviasiya haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

Xəbərlər

20.10.2023 - 13:29

cedabet dərman SEO Xidməti

Yeni qanun layihəsi 15 fəsil, 68 maddədən ibarətdir

Bu gün Milli Məclisin plenar iclasında “Aviasiya haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. AYNA xəbər verir ki, qanun layihəsi 15 fəsil, 68 maddədən ibarətdir.

Qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş