Arxın kənarında kişi meyiti tapılıb

Xəbərlər

23.12.2022 - 17:24

cedabet dərman SEO Xidməti

Üzərində zorakılıq əlamətləri görünməyən cəsəd müvafiq ekspertizaya təqdim edilib

Tovuz rayonunun Eyyublu kəndində su arxının kənarında kişi meyiti tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd edilib ki, dərhal Tovuz Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

İlkin araşdırmalar nəticəsində meyitin kənd sakini, 1987-ci il təvəllüdlü Zaur Əliyev olması müəyyən olunub. Üzərində zorakılıq əlamətləri görünməyən cəsəd müvafiq ekspertizaya təqdim edilib, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş